Fransa 6 məscid və 10 müsəlman dərnəyini bağlayır


Dünya 02 Okt 2021 21:00:00 189 0

Fransa 6 məscid və 10 müsəlman dərnəyini bağlayır

Fransa "radikallaşma" iddiası ilə 6 məscidin bağlanması və 10 dərnəyin ləğvi ilə bağlı hərəkətə keçib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Gerald Darmanin "Le Figaro" qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, 2020 -ci ilin noyabr ayından bəri "radikallaşma" iddiası ilə siyahıya alınan 89 məscidin 1/3 hissəsi yoxlanılıb.

Bundan başqa, 3 əyalətdə 6 məscidin bağlanması üçün işə başlanılıb.

Onun sözlərinə görə, "separatizm"ə qarşı mübarizədə 2017-ci ildən polis tərəfindən 24 min yoxlama aparılıb və ekstremistlərin yerləşdiyi 650 "yer" bağlanıb.

Nazir deyib ki, 205 dərnəyin bank hesabları "separatçı" olduğu bağlanılıb.

Fransanın müsəlman icması isə mövcud qanunun beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları tərəfindən müsəlmanları hədəf götürdüyünü vurğuıayıb.