Gürcüstanda “exitpoll”un nəticəsi açıqlanıb


Dünya 02 Okt 2021 20:41:00 119 0

Gürcüstanda “exitpoll”un nəticəsi açıqlanıb

Gürcüstanın "Gorby" təşkilatı yerli seçkilərdə apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, "exit-poll"u "İmedi" telekanalı sifariş edib.

Saat 18:00-a olan nəticələrə əsasən, "Gürcü Arzusu" Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, "Gürcüstan naminə" partiyası 6,8 % səs əldə edib.

Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə "Gürcü Arzusu"nun namizədi Kaxa Kaladze tutub. İkinci və üçüncü yerlərdə isə VMHP-nin namizədi Nika Meliya (34,6 %) və Giorgi Qaxariyadır (5,6 %).