Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb


Digərləri 02 Okt 2021 20:13:00 112 0

Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə oktyabrın 2-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Son.az DİM-ə istinadən xəbər verir ki, imtahan kompüterlər vasitəsilə 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Xatırladaq ki, qeydiyyatdan keçmiş 280 namizəddən 7-si imtahana gəlməyib. İmtahan verən 273 namizəddən 130 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.