Koronavirusdan sonra böyrəklər 10 il qocalır –


Digərləri 02 Okt 2021 20:10:00 112 0

Koronavirusdan sonra böyrəklər 10 il qocalır –

Böyrəklər koviddə ən zəif nöqtələrdən biridir və hətta xəstəliyi yüngül keçirənlərdə də sonradan böyrək problemi ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər yeni elmi tədqiqatlarında koroanvirus keçirən insanlarda böyrəklərin 1 il ərzində 10 il qocaldığını sübut ediblər.

Virciniyadan Epidemioloji mərkəzin mütəxəssisləri 89 min covid xəstəsinin tibbi məlumatlarını analiz ediblər. Orta yaş həddi 65 idi. Müqayisə üçün onlar 1,6 milyon nəfər son 1 ildə heç kovidə yoluxmamış vətəndaşların tibbi kartlarını götürüblər.

Onlar koviddən sağalanlarda 1 il ərzində böyrəklərin filtrasiya sürətini, kreatinin səviyyəsini yoxlayıblar. Nəticələr göstərib ki, Covid keçirmiş şəxslərdə 6 ay ərzində böyrəklərin işində 35% azalma, eləcə də kreatində artma var.

Araşdırılan 89 min insanın 30%-də böyrəklər 1 il ərzində öz funksiyasını 25-40% azaltmışdır. 220 nəfərdə isə böyrək çatışmazlığının ilkin terminal vəziyyəti qeydə alınıb.