Axirətdən gələn xəbər


Digərləri 02 Okt 2021 19:50:00 159 0

Axirətdən gələn xəbər

"(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz). Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz". ("Təkasur" 1-3).

İmam Əli (ə) bu surəni elə təfsir etmişdir ki, həm təfsir tərəfi vardır və həm də əxlaq tərəfi.

"Solmuş gözəl simalar və nazlı bədənlər örtülmüşdür. Bədənimizə köhnə paltar geyinmişik. Qəbrin sıxıntısı bizə təzyiq göstərir. Dəhşət və qorxunu irs aparmışıq. Qəbrin sönmüş evləri üzərimizə yıxılıbdır. Bədənimizin gözəlliyini məhv edər və üzümüzün nişanələrini dəyişər. Bizim bu dəhşətli evdə qalmağımız - uzunmüddətlidir. Nə çətinliklərdən xilas olmaq olar, nə qəbir sıxıntısından fərahlıq olar. Əgər onları öz düşüncənizə gətirsəniz, ya pərdələr kənara çəkilsə, ölüləri elə bir halda müşahidə edərsiniz ki, həşəratlar qulaqlarını yemiş və gözləri sürmə yerinə torpaqla dolmuşdur. Sürət və fəsahətlə danışan dil parça-parça olmuş və sinələrdə olan ürək sönmüşdür. Bədənin bütün üzvlərində təzə cürümələr aşkar olmuşdur. Onları çirkin etmişdir. Cəsədinə bəla yolu açılmışdır. Hamısı təslim olmuşdur, nə müdafiə etmək üçün əl var və nə də zarıldamaq üçün ürək".

Bəli, İmamın (ə) bu nurani sözləri - axirətdən gələn xəbərdir. Ölülərin halından xəbər verir.

İmam  (ə) buyurur: "Ölülər deyirlər ki, biz bu bədənlərimizi çox bəzəyirdik və çalışırdıq ki, gözəl saxlayaq. İndi görürük ki, gözümüzün önündə ilan və əqrəb onu yeyir. Biz də heç bir şey edə bilmirik. Bu cür deyildir ki, insan başa düşməsin ki, bədəni ilə nə edirlər? Çətinlik ondandır ki, biz viran olan və köhnə olan şeyi örtmüşük. Biz tərpənə bilmirik. Qorxudan başqa bizə heç nə çatmır. Əl və ayaq atmaq üçün yerimiz yoxdur, baxmayaraq ki, qəbiristan genişdir. Bu cür deyildir ki, dünyada geniş qəbiri olanın orada da qəbiri genişdir. Onlar ki, cəhənnəmə gediblər, əl və ayaqları bağlanmış halda onları atəşə atarlar. Cəhənnəm oyun yeri deyildir və onların atəşdə belə əl və ayaq oynatmağa qüdrətləri olmaz".

İmam (ə) buyurur ki, bizim bu dünyada yolumuzu azmağımızın, başqalarına zülm etməyimizin səbəbi - bərzəx aləmini unutmağımıza görədir. Əgər insan ölümü və bərzəx aləmini xatırlasa, günah işlətməz və savab qazanmağa çalışar. Bu, belə deyildir ki, insan ölən zaman bədənindən qafil olar, xeyr. Başa düşər ki, kim qəbirinin yanına gələr, kim "Fatihə" oxuyar, kim yaxşı söz deyər və kim pis söz.