VIII Beynəlxalq Musiqi və Rəqs Konqresin açılışı oldu


Kriminal 02 Okt 2021 18:11:00 188 0

VIII Beynəlxalq Musiqi və Rəqs Konqresin açılışı oldu

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında VIII Uluslararası "Muzik ve Dans Konqresinin" (VIII Beynəlxalq Musiqi və Rəqs konqresi)  açılış mərasimi keçirilmişdir.

1-3 oktyabr tarixlərini əhatə edəcək Konqresdə 9 fərqli ölkədən 200-dən çox iştirakçı yer alacaq. Bundan başqa 114 çıxış, 28 konsert və 3 rəsm sərgisi də məhz konqres çərçivəsində həyata keçiriləcək. 

Konqresin konfransları Bakı Premium  Park Oteldə, konsertlər isə  Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının zalında gerçəkləşdiriləcək. 

Beynəlxalq konqres Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Bundan sonra konqres iştirakçılarına Bakı Musiqi Akademiyasının 100 illik təntənəli yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbirin davamında Konqresin rəhbəri, professor, Kürşad Gülbeyaz giriş sözü ilə çıxış edərək 3 gün ərzində keçiriləcək  simpozium haqqında məlumat verib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə rektor, xalq artisti, professor Fərhad Bədəlbəyliyə təbriklərini çatdırmış və tədbir iştirakçılarına uğurlar diləmişdir.  Belə ki, konqresin bu il məhz Bakıda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayan Gülbeyaz konqres dəstəkçisi olan universitetlərin rəhbərlərinə öz təşəkkürünü bildirib. 

Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlamış, konqresin əhəmiyyətindən, Türk dünyası və onun birliyindən, habelə, Azərbaycanın şanlı zəfərindən, bu zəfərdə öz dəstəyini əsirgəməyən qardaş ölkə ilə dost münasibətlərdən söz açıb.