Hacıqabulda sərnişin avtobusu yük maşını ilə toqquşub,


Digərləri 02 Okt 2021 17:27:00 153 0

Hacıqabulda sərnişin avtobusu yük maşını ilə toqquşub,

Hacıqabulda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində rayon ərazisində qeydə alınıb.

Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xeyli yaralı var. Hadisə yerinə Şirvan, Hacıqabul, Sabirabad rayonlarının təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az