30 ildir mavi yanacaq üzünə həsrət qalan Qaradeyin kəndi...


Digərləri 02 Okt 2021 17:03:00 122 0

30 ildir mavi yanacaq üzünə həsrət qalan Qaradeyin kəndi...

Ağdaşın daha bir kəndinin sakinləri mavi qazın olmamasından əziyyət çəkirlər. Dəfələrlə aidiyyətı qurumlara müraciət etsələr də, hələ də heç bir nəticəsi yoxdur.

Həyətlərdə olan meyvə ağacları kəsilir, ya da yol kənarında olan qurumuş ağaclar doğranaraq qış üçün tədarük görülür. Ağdaş rayonunun Qaradeyin kəndində illərdir mavi qaz olmadığından sakinlər soyuqdan qorunmağın yeganə rolunu bunda görürlər.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, kəndə qaz sonuncu dəfə 30 il əvvəl verilib. 

Hər il yay aylarında qış fəslinə hazırlıq gedir. Sakinlər soyuq aylarda evlərini qızdırmaq üçün həyətdə olan meyvə ağaclarını kəsmək məcburiyyətində qalırlar. 

Problem ilə bağlı "Azəriqaz" istehsalat birliyinin Ağdaş şöbəsinin sahə rəisi Pərviz Ədilov "Xəzər xəbər"ə bildirdi ki, regionların sosial iqtisadi inkşafı dövlət proqramına uyğun olaraq ötən ildə rayon üzrə 11 kəndə mavi qazın çəkilişi işləri yekunlaşıb. Proqrama uyğun olaraq qazlaşmayan kəndlərə də mavi yanacaq veriləcək.