Qisasını alaraq şəhadətə yüksələn igid


Digərləri 02 Okt 2021 16:37:00 252 0

Qisasını alaraq şəhadətə yüksələn igid

Həmzə Əliyev Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub

Son.az Real  V-yə istinadən bildirir ki, bu, şəhid Həmzə Əliyevin həyatdakı sonuncu videosudur... Sanki şəhadətə yüksələcəyinə əmin olan gənc qəhrəman onu tanıyan hər kəslə vidalaşır bu kadrlarda...1998-ci ildə Qubanın Aşağı Atuc kəndində anadan olan Həmzə Əliyevin ən böyük arzusu hərbçi olmaq olub. O, hətta hərbi xidmətdən sonra ordu sıralarına qayıtmaq üçün bir neçə dəfə cəhd edib. İstəyinə nail ola bilməsə də hərbiyə olan sevgisi bitməyib. O, bir gün arzusunun gerçəkləşəcəyinə inamla yaşayıb. Tovuz hadisələrindən sonra artıq dözə bilməyən Həmzə Əliyev könüllü olaraq adını ordu sıralarına yazdırıb. 27 sentyabrda Vətən müharibəsinin başlaması Həmzə Əliyev üçün müqəddəs hesab etdiyi arzularının gerçəkləşməsi günü idi. İllərdir bu anı gözləyən Həmzə cəsur əsgər kimi döyüşə atılaraq həm torpaqlarımızın azad edilməsində fəal iştirak edib, həm də düşməndən qisasını alaraq arzularını gerçəkləşdirib. Gənc qəhrəman Füzuli və Cəbrəyıl rayonlarının azad olunmasında böyük şücaət göstərib. Xocavənd istiqamətində gedən döyüşdə isə qərhamanca şəhid olub. Yaşasaydı bu gün 23 yaşı olacaqdı Həmzə Əliyevin. Yaxınları deyir ki, onun itkisinə dözmək çətindir. Amma düşünəndəki, bu itkini Vətən yolunda vermisən, qəddini dik tutub qürur duyursan... Qeyd edək ki, Vətən müharibəsində göstərdiyi şücaətinə görə, Əliyev Həmzə Tərlan oğlu ölümündən sonra Vətən uğrunda, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.