Daha bir şəhidin xatirəsi əbədiləşdirildi


Digərləri 02 Okt 2021 16:22:00 113 0

Daha bir şəhidin xatirəsi əbədiləşdirildi

Şəhid mayor İlkin Əhədzadənin ildönümündə abidəsinin açılışı olub

Son.az Real TV-yə istinadən bildirir ki, dünən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçirdi.

Mərasimə Səbail Rayon İcra Hakimiyyəti nümayəndələri, şəhidin döyüş yoldaşları, yaxınları toplaşmışdı.

Şəhidimiz Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılarkən 3 övlad atası idi.

Müharibənin ilk günlərindən döyüşə atılan Əhədzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa göstərdiyi misilsiz şücaətə görə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid Əhədzadə İlkin 26 iyun 1985-ci ildə Səbail rayonunda doğulub, 1992-2000-ci illər ərzində 51 saylı tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Vətən sənlə qürur duyur, Cənab Mayor...

Son.az