"Miss & Mister Azerbaijan 2021" Milli gözəllik müsabiqəsinin final gecəsi keçirilib


Kriminal 02 Okt 2021 16:02:00 212 0

"Miss & Mister Azerbaijan 2021" Milli gözəllik müsabiqəsinin final gecəsi keçirilib

"Arion" hoteldə "Miss & Mister Azerbaijan-2021" Milli gözəllik müsabiqəsinin final gecəsi keçirilmişdir.

Bu il pandemiya səbəbindən iştirakçı-finalçıların sayı ötən illərdən daha az idi. Final gecəsi 2020-ci ilin qaliblərinin mükafatlandırılması ilə başladı, o səbəbdən ki, ötən il sərt karantin rejimi səbəbindən, qaliblərin seçimi onlayn şəraitdə baş tutmuşdu.

Kastinqdən sonra 2021-ci ilin finalçıları 3 ay müddətində finala hazırlaşmışlar: "Miss & Mister Azerbaijan" model məktəbinin təsisçisi və müsabiqənin xoreoqrafı Ayla Maisin başçılıq etdiyi model xoreoqrafiyası dərslərini ziyarət edərək,  peşəkar model sənətinin əsaslarına yiyələnmişlər. Final gecəsində iştirakçılar 3 turda  qonaqların və münsiflər heyətinin qarşısında çıxış etmişlər.

Miss Supermodel of Azerbaijan 2019, model, aktrisa karyerasına start verən Fidan Məmmədova və  Mister Sport 2020, MMA üzrə dəfələrlə Respublika çempionu olmuş Haşim Şovqatov final gecəsinə aparıcılıq etmişlər.

Müxtəlif nəğməli qonaqlar iştirakçıların çıxışları arası fasilələrdə qonaqların ruhuna xoş enerji qatdılar. Gecənin musiqi tərtibatına bu dəfə DJ Maks (II Vice Mister of Azerbaijan 2020 Maqsud İsmayılov) başçılıq etdi.

Final gecəsinin münsiflər heyətinin üzvləri:

Ayla Mais - "Miss & Mister Azerbaijan" müsabiqəsinin koordinatoru, xoreoqrafı, müsabiqənin nəznində fəaliyyət göstərən model məktəbinin təsisçisi.

Səxavət Qabil oğlu - Müsabiqənin PR meneceri, psixoloq, jurnalist

Amil Abbasov - Müsabiqənin icraçı direktoru

Əli Rzayev - Müsabiqənin koordinatoru

Ramilə Qardaşxan qızı - prodüser, yazar - jurnalist, ARB telekanalının əməkdaşı

Ramael Haşimli  - "Sara Couture"   qadın geyim markasının nümayəndəsi, I Vice Mister of Azerbaijan  2017, aktyor, model

Şahin Musazadə - model, Mister Style of Azerbaijan 2015

Leyla Məmmədova - model, aktrisa,  I Vice Miss  of Azerbaijan 2020

Məhəmməd Məmmədli - model, III Vice Mister of  Azerbaijan 2019

Mükafatlandırma mərasimində 2015, 2016, 2017, 2018, 2019, 2020 -ci illərin qalibləri və nominantları iştirak etmişlər.

"Miss & Mister Azerbaijan 2021" - Milli gözəllik müsabiqəsinin qalibləri adını qazandılar:

Mister Azerbaijan 2021 -Tengiz Rüstəmxanlı Miss Azerbaijan 2021 - Milan Babayeva

Digər nominasiyalar üzrə qaliblər:

Miss Azerbaijan:

I Vice Miss Azerbaijan 2021 - Fatimə Rəhimova

II Vice Miss Azerbaijan 2021 - Nəzrin Həsənova

III Vice Miss Azerbaijan 2021- Leyla Şərif

Miss Baku 2021 - Günay Həsənli

Miss Super Model of Azerbaijan 2021 - Nuranə Məmmədova

Miss Photo Model of Azerbaijan 2021- Əsmər Haqverdiyeva

Miss Charm of Azerbaijan 2021- Əsmər Haqverdiyeva

Mister Azerbaijan:

I Vice Mister Azerbaijan 2021-Azizbek Aminov

II Vice Mister Azerbaijan 2021 - Yadigar Ağayev

III Vice Mister Azerbaijan 2021 - Kamal Müşviq

Mister Baku 2021 - Cəlal Zeynalov

Mister Super Model of Azerbaijan 2021 - Hüseyn Xankişiyev

Mister Photo Model of Azerbaijan 2021 - Ümid Rəhimli

Mister Style of Azerbaijan 2021 - Elvin Abbaslı

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az, Azernews.az