ABŞ Almaniya və Fransanı itirir?


Digərləri 02 Okt 2021 15:37:00 109 0

ABŞ Almaniya və Fransanı itirir?

Vaşinqton Ukraynanın NATO-ya formal üzvlük mövzusundan qaçır, Kiyevi faktiki alyans üzvü kimi qəbul edir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Amerikan Konservativ" nəşri məlumat yayıb.

Məqalə müəllifi Ted Halen Karpenter bildirib ki, artıq ABŞ-ın Almaniya və Fransa ilə əlaqələri arzuolunmazdır:

"Şimal axını" ilə bağlı maraqların toqquşması səbəbindən ABŞ-Almaniya münasibətləri kölgədə qalıb. Avstraliya ilə sualtı qayıqlarla bağlı müqavilədən sonra da Vaşinqtonla Paris arasında inam sarsıldı".

Karpenterin sözlərinə görə, Almaniya və Fransa Kiyevi uyğunsuz partnyor hesab edir. Narahatlığın birinci səbəbi Ukraynadakı korrupsiyanın səviyyəsindədir.