Bakıda külli miqdarda mənşəyi məlum olmayan ət aşkarlandı


Digərləri 02 Okt 2021 14:39:00 123 0

Bakıda külli miqdarda mənşəyi məlum olmayan ət aşkarlandı

Bakının "8-ci km bazarı"nda mənşəyi məlum olmayan külli miqdarda ət aşkarlanıb.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, "8-ci km Ticarət Mərkəzi" ASC nəzdində fəaliyyət göstərən fiziki şəxslər Təhməzov Bəhruz Bəhrəm oğlu və Həsənov Elçin Orucəli oğluna məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirilib.

Baxış zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 280 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.