Şəhidlərin xatirəsi anılıb


Digərləri 02 Okt 2021 13:48:00 161 0

Şəhidlərin xatirəsi anılıb

Gənclər hərbi-vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər

Son.az Real  TV-yə istinadən bildirir ki, İsmayıllı rayonunun İvanovka kəndində üç şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhid ailələri, müharibə iştirakçıları, rayon rəhbərliyi, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərin ruhuna dualar oxunub, xatirələri anılıb.

Açılışı olan Şəhid bulağının həm də İvanovkada yaşayan azsaylı xalqların birliyinin bariz nümunəsi olduğu vurğulanıb. Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar. 

Tədbirdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.