Suda “boğulan qız” ispanları bərk qorxutdu


Digərləri 02 Okt 2021 13:24:00 147 0

Suda “boğulan qız” ispanları bərk qorxutdu

İspaniyanın Bilbao şəhərində Nervion çayında boğulan qız heykəli qoyulub. Qeyri-adi heykəl çayın qabarması zamanı suyun altında qalır, çəkilmə zamanı isə görünür.

Son.az oxu.az-a istinadən xəbər verir ki, heykəl yerli sakinlərə xəbərdarlıq etmədən quraşdırıldığı üçün ilk öncə görənlər bərk qorxublar.

"Bihar" (Bask dilində "sabah") ideyasına sahib olan fondun rəhbəri Şabyer Sagredo bu heykəldə əsas məqsədin gələcəyin perspektivinə diqqət çəkmək olduğunu deyib.