Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib


Digərləri 02 Okt 2021 13:09:00 247 0

Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az bildirir ki, Cinayət Məcəlləsinin 234.4.1, 237.2.3, 228.1 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini Vüsalə Taryel qızı Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik vasitə tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.