Ulduz ilə “Disney” arasında problem həll olub


Şou-biznes 02 Okt 2021 12:12:00 175 0

Ulduz ilə “Disney” arasında problem həll olub

"Qara Dul" ("Black Widow")  filminin həm kinoteatrlarda, həm də striminqlərdə yayımlanmasından sonra Hollivud aktrisası Skarlet Yohansonla "Walt Disney" arasında yaranan münaqişə öz həllini tapıb həll edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında barışıq sazişinin şərtləri açıqlanmayıb.

"Fikir ayrılıqlarımızı həll etdiyim üçün xoşbəxtəm. İllər ərzində birlikdə gördüyümüz işlərlə inanılmaz dərəcədə qürur duyuram və komanda ilə yaradıcı münasibətlərimi çox sevirəm. Önümüzdəki illərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə Yohanson bildirib.

Öz növbəsində, "Disney Studios Content" sədri Alan Berqman, şirkətin "gələcək bir sıra layihələrdə aktrisa ilə irəliləmək niyyətində olduğunu" təsdiqləyib.

İyulun 29-da Skarlet Yohanson "Disney" kinostudiyasını məhkəməyə vermişdi. Aktrisa studiyanı "Qara dul" filminin onlayn nümayişi üzrə müqaviləni pozmaqda ittiham edib. Belə ki, filmin premyerası kinotertrlarla yanaşı, "Disney+" onlayn platformasında da təşkil olunub.

Ekspertlərin fikrincə, onlayn yayım aktrisanın filmin kassa gəlirlərindən əldə edə biləcəyi vəsaiti 50 milyon dollar azaldıb.

Mİlli.Az