Bazar gününə olan HAVA PROQNOZU


Digərləri 02 Okt 2021 11:55:00 128 0

Bazar gününə olan HAVA PROQNOZU

Oktyabrın 03-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.  

Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 03-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir.  Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°  isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  6-10° isti olacaq.