İçərisində yaşlı qadının olduğu lift 15ci mərtəbədən şaxtaya düşdü


Dünya 02 Okt 2021 09:36:00 88 0

İçərisində yaşlı qadının olduğu lift 15ci mərtəbədən şaxtaya düşdü

Moskvanın cənub-qərbindəki Kommunarka rayonunda yerləşən yaşayış binasında içində 65 yaşlı qadının olduğu lift 15-ci mərtəbədə qırılaraq şaxtaya düşüb.

Qadın boyun və bel nahiyəsindən zədələr alsa da sağ qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Onun Moskva şəhərində yerləşən məktəblərdən birində müəllim işlədiyi məlum olub.

Qadının yaxınları liftin işindən məsul olan idarəni məhkəməyə verəcəklərini bildiriblər.