Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlanıb


Digərləri 02 Okt 2021 09:06:00 138 0

Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14 milyard 602,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Son.az verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 7 milyard 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7 milyard 173,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.