Günün qoroskopu: Tərəddüd etməyin


Digərləri 02 Okt 2021 00:01:00 190 0

Günün qoroskopu: Tərəddüd etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - əməkdaşlıq etdiyiniz insanlarla təmaslar qəflətən sərinləyə bilər. Soyuq yellərin əsdiyi istiqaməti müəyyənləşdirsəniz, pis olmaz. Peşəkar fəaliyyət sahəsində problemlər yaranacaq. Çətinliklər ciddi deyil. Amma onların dəf olunması xeyli vaxt alacaq.

Günün ikinci yarısında emosiyaların təsiri altında hərəkət etməyin. Sakitləşin, hisslərinizi ayırd edin, situasiyanı dəyərləndirin.

Maliyyə itkiləri, mühüm sənədin yaddan çıxarılması mümkün olaydır.

İlkin hisslərə aldanmayın. Soyuqqanlı olun, yaxın gələcəklə bağlı planları müəyyənləşdirin. Kritik vəziyyətlərdə təmkinli davranan insan təki tanınan adamın məsləhətlərinə qulaq asın.

Buğa - günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın. Maraqlı görüşlər istisna deyil. Bundan sonrakı yaşamınıza təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.

Dəvət aldığınız yerə günün ikinci yarısında yollanın.

Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir.

Əkizlər - peşəkar fəaliyyətiniz ünsiyyətlə bağlıdırsa, əlverişli zamandır. Problemlər olmayacaq. İmiclə eksperimentləri unutmayın. Zövqsüz fərd təsiri bağışlamayın.

Qəlizləşən situasiyadan çıxış yolu tapmaq üçün orijinal, cəsarətli variantı seçə bilərsiniz.

Günün ikinci yarısında xoşagəlməz, abırsız insanla danışmalı olacaqsınız. Bu mükaliməni tezliklə unutmağa çalışın.

Alış-verişdə bədxərclik etməyin.

Axşam saatlarında yaxşı istirahət edin.

Xərçəng - rəvan olmayan, emosiyaların tarıma çəkiləcəyi zamandır. Adi günlərdən fərqli olaraq əhvalınızın sürətlə dəyişməsi, hissli və həyəcanlı şəraitin yaranması, səbr kasasının dolması istisna deyil. Nikbinliyi unudaraq bədbinliyə sürüklənməyin. Sizə mənəvi dəstək verməklə yanaşı, praktiki yardım edəcək insanlar var.

Günün ikinci yarısında planlaşdırılmamış səfər, uzağa səyahət ehtimalı mövcuddur. Maraqlı görüş, yeni tanışlıq da ola bilər. Peşəkar fəaliyyət müstəvisinə uzunmüddətli planlar qurmayın. Alacağınız məlumat planlara dəyişiklikləri labüd edir.

Şir - hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir.

Hərdəmxəyal olmayın, yaxın gələcəyi düşünün. Ciddi problemlərlə üzləşməmək üçün təmkini unutmayın.

Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.

Qız - gərgin, mürəkkəb zamandır. Tələskənlik və vurnuxma şəraitində özünüzü naqolay hiss etməyiniz təəccüblü deyil. Mənfi emosiyaların təsiri altına düşməyin. Bütün diqqəti işlərə yönəldin. Diqqətsizlik sonra nəticələri çox pis olacaq səhvlərə rəvac verə bilər.

Adi günlərlə müqayisədə daha çox yanlışlıqlara yol verməyin.

Günün ikinci yarısında prosesləri idarə etməyə çalışın. Əzmli, məntiqli olun. Ən başlıcası isə ağır situasiyada soyuqqanlı olun.

Maliyyə itkiləri, mənasız xərclər da mümkündür. Sövdələşmələr, alış-veriş zamanı deyil. Səyahət və ya səfəri təxirə salın.

Tərəzi - günün ilk yarısında emosional fon həddən artıq əlverişlidir. Situasiyadan istifadə edərək son vaxtlar sizi narahat edən problemləri həll edə bilərsiniz. Çözüm prosesinə yenidən baxın, fərqli variantlar, alternativ yollar arayın.

Günün ikinci yarısı ünsiyyət və yeni tanışlıqlar üçün münasibdir.

Bütün diqqəti işlərə yönəldərək ətrafdakı insanların dediklərinə çox qulaq asmayın. Nəyi nə zaman, necə etmək gərəkdiyini hər halda siz onlardan yaxşı bilirsiniz.