44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr


Digərləri 02 Okt 2021 00:02:00 153 0

44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr

Son.az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

- Prezident İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalq mediada ölkəmizin haqlı möveqyini müdafiə edərək İkinci Qarabağ müharibəsinin bşlanma səbəblərinin, regiondakı son vəziyyəti dünya ictimaiyyətinə çatdırıb.

- Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Ağdərə istiqamətində qoşunlarımız Madagizdəki (indiki Suqovuşan) ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb. Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina ediblər.

- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub.

- Müdafiə Nazirliyi döyüşlərdən yeni görüntülər yayıb. Düşmənin canlı qüvvə və texniki vasitələri məhv edilib.

- Ermənistan hərbi qulluqçuları Tərtər şəhəri Şıraxarx qəsəbəsində yerləşən uşaq bağçasına zərbələr endiriblər.

- Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutub. Ermənilərin atəşə tutduğu yaşayış massivlərini çəkən jurnalistlər qəfil atəşə məruz qalıb. Ermənilər jurnalistlərin olduğu ərazini artilleriyalardan atəşə tutub.