Saakaşvili ukraynalı deputatla evlənib


Dünya 01 Okt 2021 23:30:00 137 0

Saakaşvili ukraynalı deputatla evlənib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yenidən evləndiyi üzə çıxıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, həbs edildikdən sonra ukraynalı deputat Yelizaveta Yaskonun feysbuk səhifəsində yayılan videomüraciətdə Saakaşvili artıq yeni xanımının olduğunu bildirib:

"Biz Liza ilə bildirmək istəyirik ki, yeni həyata, yeni ailəyə başlayırıq".

Saakaşvilinin xanımı Yelizaveta Yasko Ukraynanın millət vəkilidir.

Qeyd edək ki, Saakaşvili daha əvvəl Hollandiya vətəndaşı Sandre Rulofsla ailələli olub, onların iki oğlu var.