Cənubi Koreyada karantin rejimi 2 həftə müddətinə uzadılıb


Dünya 01 Okt 2021 23:15:00 135 0

Cənubi Koreyada karantin rejimi 2 həftə müddətinə uzadılıb

Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar paytaxt Seul və onun ətrafında tətbiq olunan ən yuxarı səviyyədə sosial məsafə rejimi oktyabrın 17-dək uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin belə qərar qəbul etməsinə səbəb bütün səylərə baxmayaraq yoluxma sayını nəzarət altına almağın mümkün olmamasıdır. Sərt sosial məsafə rejimi paytaxt Seul, onun ətrafındakı Qyonqci vilayətində və İnçon şəhərində tətbiq olunur. Bu rejim dövründə saat 18-dən sonra ictimai məkanlarda peyvənd olunmayan 2 nəfərdən çox insanın toplaşması, kafe və restoranların saat 22-dən sonra fəaliyyəti qadağandır. Ölkənin digər yerlərində isə bir pillə aşağı sosial məsafə rejimi tətbiq olunur.

Qeyd edək ki, hazırda pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada iyulun 7-dən bəri sutkalıq yoluxma sayı 1000-dən çox olub. Sentyabrın 24-də isə antirekord qeydə alınıb - 3 min 273 yoluxma. Ölkə üzrə əsas yoluxma ocaqları paytaxt və onun ətrafındadır.