Gürcüstanın Baş prokurorluğu Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb


Dünya 01 Okt 2021 22:20:00 143 0

Gürcüstanın Baş prokurorluğu Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb.

Son.az APA-ya istinadən bildirir ki, bəyanatda M.Saakaşvilinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həbs olunaraq barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirildiyi bildirilib.

Baş Prokurorluq, həmçinin, sabiq prezidentə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib.

Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etməsi müəyyən edilən M.Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib və qərarın appelyasiyası mümkün deyil.