İllərin təzyiq xəstəsi 10 günə necə sağaldı Cəmi bir metod
Digərləri 01 Okt 2021 22:05:00 215 0
Əgər hələ də yüksək təzyiqdən necə xilas olacağınızı bilmirsizsə, bu real təcrübə köməyinizə gələ bilər. Yüksək təzyiq gənc yaşlardan başlaya bilər və getdikcə çox vacib damarları zədələyir. Bədəndə qan dövranı pozulanda əsas orqanlar sıradan çıxır.
Son.az xəbər verir ki, Rusiyada 30 illik təzyiq xəstəsi dərman müalicəsi ilə belə təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz pəhriz, 7 və 10 nömrəli pəhrizlərə başlayır.
"Təzyiqi müalicə etmək üçün möcüzə tablet yoxdur, dərman atsanız da təzyiq ram olmaya bilər. Xəstə nə qədər çox dərman qəbul edirsə, bir o qədər orqanizmin ömrünü qısaldır. Mən təzyiq dərmanı ilə yanaşı ürək-damarlar üçün tabletlər, sidikqovucular içirdim.
Dəfələrlə həkim dieta da saxla desə də, konkret hansı dietadan söz getdiyini demir, mən də yeməyimdən qalmırdım.
Son 1 ildə təzyiq dərmanım belə təzyiqi salmırdı, günlərlə başım gicəllənir, ürəkdə tutmalar olur, təcili yardım çağırır, belə yaşamaqdan bezmişdim.
Mən duzsuz qidalanmağa keçdim. Rasiondan duzu çıxartdım.
Buna öyrəşmək ilk günlər çox çətin idi, amma getdikcə toyuq da, ət də, salatlar da duzsuz da dadlı gəlirdi. Şorbaları quru və təzə göyərti, ədviyyatlarla dadlandırdım.
Menyuya paxlalar, yarmalar daxil etdim.
3 gündən sonra ilk təsiri hiss etdim: axşama kimi ayaqlarım şişmirdi, başımdakı ağrı və təzyiq itdi.