Böyük Britaniyada yeni dinozavr növlərinin qalıqları tapılıb FOTO


Dünya 01 Okt 2021 22:10:00 156 0

Böyük Britaniyada yeni dinozavr növlərinin qalıqları tapılıb  FOTO

Böyük Britaniyanın Uayt adasında aparılan qazıntılar zamanı yeni dinozavr növlərinin qalıqları tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların bölgədə 125 milyon il əvvəl yaşadığı təxmin edilir.

Paleontoloqlar, spinosauridae ailəsinə məxsus hər iki növün qorxulu bir görünüşə sahib olduqlarını bildirib. Tapılan dinozavr qalığı 9 metr uzunluğundadır.

Mütəxəssislər, Uayt adasını ən son tapılan fosillərlə birlikdə Avropadakı dinozavrların ən çox olduğu bölgə olaraq müəyyənləşdiriblər. Onlar spinosauridae ailəsinin Avropada meydana gəldiyini və daha sonra Asiya, Afrika və Cənubi Amerikaya yayıldığını iddia edirlər.