Gədəbəydə maşın dərəyə aşıb 4 nəfər xəsarət alıb


Digərləri 01 Okt 2021 21:50:00 168 0

Gədəbəydə maşın dərəyə aşıb 4 nəfər xəsarət alıb

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Hərəkətdə olan "UAZ"markalı avtomobil idarə etməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1980-ci il təvəllüldü Ceyran Tağıyeva, 1944-cü il təvəllüdlü Rza Tağıyev, 1981-ci il təvəllüdlü Eldar Tağıyev və 1991-ci il təvəllüdlü Kamil Quliyev xəsarət alıblar.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.