Ərbil Emel Sayınla sevgili olub?


Şou-biznes 01 Okt 2021 20:42:00 233 0

Ərbil Emel Sayınla sevgili olub?

Şoumen Mehmet Əli Ərbil telefonla zəng etdiyi maqazin proqramlarından birində Emel Sayınla bir vaxtlar sevgili olduqlarını açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hər kəsi təəccübləndirən açıqlamaya müğənni cavabsız qalmayıb. "Söylemezsem olmaz" verilişinə zəng edən 64 yaşındaki Ərbil 75 yaşındakı Emel Sayınla eşqlərinin 3 ay davam etdiyini söyləyib.

"Heç vaxt itirməyəcəyim dostumdur. "Aşkım-aşkım" serialından əvvəl olan münasibət idi. Amma niyə ayrıldığımızı deyə bilmərəm" deyə, Ərbil söyləyib.

Şoumenin açıqlamasına təəccüblənən Emel "Ərbilə son vaxtlar nə olub? Qəribə açıqlamalar verir. Birinci onunla danışım. Görəsən, zarafat edib?" cavabını verib.