Saakaşvili Gürcüstanda saxlanıldı


Digərləri 01 Okt 2021 19:58:00 94 0

Saakaşvili Gürcüstanda saxlanıldı

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.

"Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər".

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi.