6 ildən sonra evlənirlər


Şou-biznes 01 Okt 2021 19:48:00 144 0

6 ildən sonra evlənirlər

Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürel uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirmək qərarı alıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, serial çəkilişləri səbəbindən hazırda Kiprdə olan Serkan layihənin sonunda Özge ilə nişanlanacaq. Ailələr məsələ ilə bağlı aralarında görüşüb. İkili yalnız yaxın çevrələrinin xəbərdar olduğu qərarı gizli saxlamağa çalışır.

Qeyd edək ki, 6 ildir eşq yaşayan cütlük "Kiraz Mevsimi" serialında tanış olub. Özge Serkanın evlilik təklifinə "hə" cavabı verib. Bundan sonra Serkan sevgilisinin barmağına 370 min lirəlik üzük taxıb.