Qazın kəskin bahalaşması Britaniyada şirkətləri müflisləşdirir


Digərləri 01 Okt 2021 19:06:00 109 0

Qazın kəskin bahalaşması Britaniyada şirkətləri müflisləşdirir

Böyük Britaniiyada qaz qiymətlərinin artması ilə əlaqədar bir sıra enerji tədarükçüləri müflisləşdiyini elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu həftə üç enerji tədarükçü şirkəti - "Igloo Energy Supply", "Enstroga" və "Symbio Energy" müflis olub.

"Igloo Energy Supply" öz açıqlamasında yüksək qaz qiymətləri ilə əlaqədar mövcud şəraitlərdə işləməyin mümkün olmadığını bildirib.

Ümumilikdə avqustun əvvəlindən başlayaraq Böyük Britaniyada 1,7 milyon abunəçiyə xidmət göstərən beş enerji tədarükçüsü fəaliyyətini dayandırıb.