Rəqsanə Səyyad Əlizadə haqqında: "Kaş sizə "Əməkdar artist" adı verilərdi!"


Şou-biznes 01 Okt 2021 18:48:00 111 0

Rəqsanə Səyyad Əlizadə haqqında: "Kaş sizə "Əməkdar artist" adı verilərdi!"

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında həmkarı Səyyad Əlizadə ilə bağlı paylaşım edib.

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, Əlizadənin vəfatına üzüldüyünü bildirən Rəqsanə onun indiyə qədər fəxri ad almamasından danışıb. Sənətçi Əlizadənin "Xalq artisti" fəxri adına layqi olduğunu bildirib:

"Çox üzüldüm, pis oldum. Allah sizə rəhmət etsin. Bu il çox dəyərli və sevilən sənət adamlarımız dünyasını dəyişdi.

Səyyad Əlizadənin mahnıları ilə böyüdük. Kaş sizə sağlığınızda "Əməkdar artist" fəxri adı verilərdi. Deyirəm ki, danışmayım, amma danışmayanda da olmur. Bəzən hər şeyi demək lazımdır. Çox heyif..."Əməkdar artist", "Xalq artisti" fəxri adları elə insanlara verilib ki... Azərbaycan dilində normal danışa bilməyən, insanlarımızı "Qara camaat" adlandıranlara... Onlara baxanda sizdən utanıram.