Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verildi


Digərləri 01 Okt 2021 18:30:00 146 0

Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək dələduzluqda təqsirləndirilən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Son.az bildirir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İ.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlyas Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

Məlumata görə İ.Mikayılov zərərçəkmişlərdən iş qurmaq adı ilə pul alıb.