ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzadıb


Dünya 01 Okt 2021 17:40:00 117 0

ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzadıb

ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə "Pfizer" vaksininin saxlanma müddətini yeniləyərək daha üç ay uzadıb.

Son.az Trend-ə istinadən bildirir ki, Yenilənmiş qaydalara əsasən, 2021-ci ilin mayında istehsal olunan "Pfizer-BioNTech" COVID-19 vaksininin yararlılıq müddəti daha üç ay, 2022-ci il fevralınadək uzadılıb. Əvvəl bu müddət altı aya bərabər idi.

Beləliklə, "Pfizer" vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti doqquz ay təşkil edir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı "Sinovac", "Pfizer" və "Sputnik V" vaksinlərindən istifadə olunur.

"Pfizer" vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər.