Həyat yoldaşını qətlə yetirən polisin övladları nəzarətə götürüldü


Digərləri 01 Okt 2021 17:54:00 268 0

Həyat yoldaşını qətlə yetirən polisin övladları nəzarətə götürüldü

Bakıda odlu silahla həyat yoldaşını qətlə yetirən polis əməkdaşının azyaşlı övladları nəzarətə götürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.

O bildirib ki, uşaqların qəyyumluğa verilməsi ilə bağlı iş gedir: "Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi bizi də məyus etdi.

Araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib. Uşaqlardan birinin 1-ci sinifdə təhsil aldığı vurğulanıb, məlum hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunub. Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur".