Rumıniyada COVID xəstəxanasında yanğın: 9 ölü var


Dünya 01 Okt 2021 17:38:00 161 0

Rumıniyada COVID xəstəxanasında yanğın: 9 ölü var

Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.

Yanğın xəstəxananın intensiv terapiya şöbəsində baş verib və sürətlə yayılmağa başlayıb. Hadisə zamanı xəstəxanada 113 nəfər müalicə olunurmuş.

Hazırda xəstələrin böyük əksəriyyəti digər xəstəxanalara keçirilib.