"Bütün sərvətimi ortaya tökəcəm"


Şou-biznes 01 Okt 2021 17:18:00 113 0

"Bütün sərvətimi ortaya tökəcəm"

Xəbər verdiymiz kimi, bir müddət əvvəl Şimali Kiprə konsertə gedən Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun komandası hava limanında yoxlama zamanı saxlanılıb.

Son.az xəbər verir ki, müğənninin 21 kişidən ibarət heyətinin PCR testi saxta çıxıb. Yenidən testdən keçən komandanın nəticələri təmiz çıxdıqdan sonra konsertə buraxılsa da, işləri məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 21 nəfərdən ibarət komandanın üzvləri həbs olunub. Qərara üsyan edən Ərsoy, "Sərvətimi tökərək bu işin sonuna gedəcəyəm. Ədalət axtarmağın necə olduğunu görəcəyik", - deyə mediayaya açıqlama verib.

Oktyabrın 4-də yenidən məhkəməyə çıxacaq komanda üçün Bülent Ersoy sosial media hesabında komandasını həbs edilməsini qınayıb.