Belə vəziyyətlərdə daha diqqətli olun İnfeksionistdən əhaliyə


Digərləri 01 Okt 2021 16:56:00 105 0

Belə vəziyyətlərdə daha diqqətli olun  İnfeksionistdən əhaliyə

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya bitdi elanını vermədən insanlarda arxayınlıq yaranmamalıdır".

Bunu Son.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, peyvənd olunanların sayının yüksək olması irəliləyən günlərdə epidemioloji vəziyyətin nisbətən daha da yaxşılaşmasına imkan verəcək:

"COVİD-19 sürətlə mutasiyalara uğramaqda davam edir. Ona görə də qarşıdakı mutasiyalarda öncədən bizi nələrin gözlədiyini deyə bilmərik. Amma sevindirici haldır ki, yoluxma sayı günbəgün azalır. Delta ştamına yoluxanların sayının daha da azalacağını gözləyirik.

Təbii ki, peyvənd olunanların sayının yüksək olması irəliləyən günlərdə vəziyyətin nisbətən daha da yaxşı olacağını göstərir. Amma bütün bunlara baxmayaraq maska, əl gigiyenası, sosial məsafə qaydalarına insanlar mütləq riayət etməkdə davam etməlidirlər.