Sabunçu və Xırdalanda su basmış evlər təmizlənir


Digərləri 01 Okt 2021 15:56:00 201 0

Sabunçu və Xırdalanda su basmış evlər təmizlənir

Bakının Sabunçu rayonu və Abşeron rayonunun Xırdalan şəhərində intensiv yağışlar nəticəsində bəzi ərazilərdə yaranmış fəsadların aradan qaldırılması təmin olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib.