Oktyabrın 3dən 7dək yağış yağacaq XƏBƏRDARLIQ


Digərləri 01 Okt 2021 15:02:45 103 0

Oktyabrın 3dən 7dək yağış yağacaq  XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.