Putinlə Ərdoğanın hamını şoka salacaq planı...


Digərləri 01 Okt 2021 15:08:00 135 0

Putinlə Ərdoğanın hamını şoka salacaq planı...

Putinlə Ərdoğanın arasını vurmaq istəyənlərin sayı hədsiz çoxdur. Rusiya ilə Türkiyə vaxtilə bir-biri ilə çox vuruşan, amma indi dirçəlməkdə olan iki imperiyadır. Məhz bu fakt çoxlarının yuxusuna haram qatıb.

Son.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev bildirib.

"Ermənistan və Yunanıstan kimi kiçik oyunçulardan kollektiv Qərbə qədər, bu əməkdaşlıqdan narahat olan çoxları var. Burada hər iki ölkənin liderlərindən çox şey asılıdır. Hazırkı vəziyyətdə Moskva ilə Ankara arasında bölüşdürülə bilməyən heç nə yoxdur. Tarix də göstərdi ki, Rusiya İmperiyasının Balkan xalqlarının İstanbula qarşı mübarizəsinə dəstək siyasəti yanlış olub. Ən parlaq nümunə kimi Bolqarıstanı göstərmək olar - hər iki Dünya müharibəsi zamanı Rusiyaya qarşı döyüşüb, son illərdə isə Rusiya üçün qaz məsələlərində çox mürəkkəb tərəfdaş olub.

Onu da unutmaq olmaz ki, müasir Rusiyada türk respublikaları da var - Tatarıstan, Başqırdıstan, Yakutiya və s. Əlbəttə ki, ruslar üçün başqırdlar və yakutlar xristian ermənilərdən daha yaxın olacaq.

Rusiya-Türkiyə danışıqlarının əsas mövzusu Rusiya-Türkiyə ticarət-iqtisadi tərəfdaşlığı, Suriya, Liviya, Əfqanıstan və əlbəttə ki, Qafqazdakı vəziyyət olub. Əsas məqam isə iqtisadiyyatdır. Rusiya sanksiyalar altında olsa belə, kəsirləri xammal bazarlarında olan hərəkətlilik ilə kompensasiya edir", - politoloq deyib.