Avropada təbii qazın qiyməti 1 200 dollara çatıb


Dünya 01 Okt 2021 14:50:00 111 0

Avropada təbii qazın qiyməti 1 200 dollara çatıb

Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır.

Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.