Batumidə beynəlxalq "World Travel Awards" turizm tədbiri keçiriləcək


Dünya 01 Okt 2021 08:35:00 124 0

Batumidə beynəlxalq "World Travel Awards" turizm tədbiri keçiriləcək

Batumi turizmin "Oskar" müsabiqəsi sayılan "World Travel Awards"a ev sahibliyi edəcək.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Acarıstan hökumətinin sədri Tornike Rijvadze bildirib.

Avropanın qala-mərasimi Acariyada 2023-cü ildə keçiriləcək.

T.Rijvadze deyib: "Dünən 2023-cü ildə Batuminin dünyanın ən nüfuzlu turizm qala tədbirlərindən birinə ev sahibliyi etməsinə dair razılıq əldə edildi. Bu tədbirin köməyi ilə həm bizim iqtisadiyyatı, həm də turizmi bərpası daha da sürətlənəcək. Xatırladığınız kimi, 2019-cu ildə Batumi Avropanın ən sürətlə inkişaf edən turizm məkanlarından biri olaraq çox nüfuzlu bir mükafat aldı. Bu mərasimi Batumidə keçirdikdən sonra isə bir çox önəmli tədbirləri, turizm sənayesinin və medianın nümayəndələrini qəbul etmək imkanı əldə edəcəyik".