Bu gündən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır


Digərləri 01 Okt 2021 08:25:00 212 0

Bu gündən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır

Oktyabrın 1-dən etibarən Azərbaycanda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır.

Son.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Qərarında öz əksini tapıb.

Bakıda məktəb direktorları ilə əyani təhsilə hazırlıq məsələləri müzakirə olunub 2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.