Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq


Digərləri 01 Okt 2021 08:15:00 112 0

Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq

Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq.

Son.az APA-ya istinadən bildirir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət rüsumunun tutulduğu hallara məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi daxil idisə, dəyişikliyə əsasən, bu hallara məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi daxil edilib.

Beləliklə, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:

Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:

- İddia qiyməti 1 000 manatadək olduqda - 30 manat;

- İddia qiyməti 1 000 manatdan 10000 manatadək olduqda - 30 manat + 1 000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;

- İddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda - 120 manat+10 000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;

- İddia qiyməti 100 000 manatdan 1 000 000 manatadək olduqda - 390 manat+100 000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;

- İddia qiyməti 1 000 000 manatdan çox olduqda - 1290 manat+1 000 000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).