BMT səfirlərinin akkreditasiya komitəsi noyabrda toplanacaq


Dünya 01 Okt 2021 08:20:00 154 0

BMT səfirlərinin akkreditasiya komitəsi noyabrda toplanacaq

Əfqanıstan və Myanma daimi nümayəndələrinin etimadnamələrini nəzərdən keçirməli olan BMT akkreditasiya komitəsi noyabr ayında toplanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Təşkilatı Baş assambleyasının prezidentinin nümayəndəsi Monika Qreyli bildirib.

Myanma ordusu və Taliban artıq öz nümayəndələrini BMT-yə təqdim ediblər, lakin bu günə qədər etibarnamələri akkreditasiya komitəsi təsdiq etməyib.