Dünyada koronavirusa yoluxanların sayı 234 milyonu ötüb


Dünya 01 Okt 2021 08:04:00 127 0

Dünyada koronavirusa yoluxanların sayı 234 milyonu ötüb

Dünyada son sutka ərzində koronavirusa 133 385 yoluxma hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 234 519 184, ölənlərin isə 4 796 188 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 44 310 243 nəfər. Siyahıda daha sonra Hindistan (33 765 488), Braziliya (21 427 073), Britaniya (7 807 036), Rusiya (7 511 026), Fransa (7 013 432), İran (5 587 040), Argentina (5 256 902), İspaniya (4 959 091), Kolumbiya (4 957 277) və İtaliya (4 672 355) gəlir.