Bu gündən teatr və kinoteatrlar açılır


Digərləri 01 Okt 2021 00:12:00 133 0

Bu gündən teatr və kinoteatrlar açılır

Bu gündən - oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar açılır.

Həmin məkanların açılmasına ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib.

Eyni zamanda iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri də vətəndaşların üzünə açılır.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola biləcəklər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.