Günün qoroskopu: Borc almayın, borc verməyin


Digərləri 01 Okt 2021 00:01:00 156 0

Günün qoroskopu: Borc almayın, borc verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - etibar etdiyiniz insanlarla səmimi olun. Özünüz barədə xoş sözlərlə yanaşı, sərt tənqid də eşidəcəksiniz.

Davranışınızda tranformasiya edin, əməllərinizdə aktiv dəyişikliklərə əl atın. İşlərdə də tənqidə sakit, normal yanaşın. Çalışdığınız yerdə rəhbərliklə mübahisə etməyin, əks təqdirdə nəticələr gözlənilməz ola bilər.

Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamayın. İşlər, onsuz da, çoxdur.

Axşam saatlarında passiv olmayın, yarımçıq işləri mütləq şəkildə tamamlayın.

Buğa - gərgin, mürəkkəb gündür. Münasibətlərin zahiri yönü xoşagəlməz hisslərə səbəb ola bilər. Yanlış hesablar, məğlubiyyətlər, pərişanlıq yaşanmasın deyə səbrli, təmkinli və fəndgir olun.

Müəyyən, yüngül şok istisna deyil.

Günün ikinci yarısında mövqelərinizi qoruyun, işlərinizə kimsənin müdaxilə etməsinə imkan verməyin. Rəqibə və ya bədxaha zərbə endirin. İntuisiya sizə istənilən ağır situasiyadan çıxış yolunu göstərəcək.

Yaxın ətrafınızdakı insanlara arxa durun. 

Əkizlər - yaxın ətrafınızdakı insanların yaşamında mühüm hadisələr baş verir. Bu prosesləri maksimum diqqətlə izləyin. Çalışdığınız kollektivdə sayıq olun. Həmkarlar və rəhbərliklə münasibətləri korlamayın.

Maliyyə fonu uğurlu deyil. İtkilər riski var. Problemi dərhal, təcili həll etmək üçün düşünülməmiş, emosional qərarlar verməyin. Dəqiq məlumat və sübut olmadan kimsəni suçlamayın. Bilin ki, yaşananlar niyyət və istəklərinizdən asılı deyil. Olaylar əvvəllər yığılmış şərtlərin və hadisələrin toplusudur.

Günün ikinci yarısında situasiyadakı qeyri-müəyyənlik əhvalınıza pis təsir edir. Nigaranlıq və təşviş güclüdürsə, tələblərdən imtina edin, mövqeyinizi gücləndirin.

Axşam saatlarında açıq havada gəzintiyə çıxın, qüvvənizi bərpa edin.  

Xərçəng - uğurlu zaman, sərfəli gündür. Ciddi işə, sifarişə, istəyə hazır olun. Vəd etdiyiniz, amma başa vurmadığınız işləri mütləq şəkildə sizə xatırladacaqlar. Heç bir halda mübahisələrə qatılmayın.

Günün ikinci yarısında sərvaxt və sayıq olun. Tənbəllik etməyin, önəmli işlərdən yaxanızı kənara çəkməyin. Unutmayın ki, mənasız və səbəbsiz aqressivlik, sərt təzyiq münaqişəyə səbəb ola bilər. Planlarınızı pozmağa çalışan insan sizə təzyiq göstərməyə çalışır. Bu təzyiqləri zərərsizləşdirmək üçün maksimum səy göstərin.

Axşam saatlarında normal istirahət edin.  

Şir - xüsusi diqqət və səlis davranış tələb edən gündür. Yaxın ətrafınızdakı insanların işlərinizə ifrat müdaxiləsinin qarşısını alın. Məqsədə doğru tələsmədən, aramla irəliləyin.

Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Anlaşmalar və ya sövdələşmələr gəlir gətirə bilər. Planlarınızı başqalarının istəklərinə, ani xəyala qurban verməyin. Maddi durumunuzu düşünün. Bəzi məqamlarda güzəştə getmək olar.

Axşam saatlarında passiv davranmayın.  

Qız - əsas diqqəti məlumat, xəbər və informasiyanın əldə olunmasına, onların irəliləyiş və işlərin tamamlanması üçün istifadəsinə yönəldin. Aktiv olun, süstlük etməyin.

Danışıqlar, ünsiyyət, əlaqələr, təmaslar və faydalı əməkdaşlıq da çox önəmlidir.

Günün ikinci yarısında hansısa iş plana uyğun getmirsə, münaqişəli situasiya yaratmayın.

Problemləri dəf etmək üçün alternativ yollar aramaqda fayda var. Düşünülməmiş qərarlar verməyin.

Ailə üzvlərinə qarşı müstəbid olmayın. Şəxsi münasibətləriniz sınaq dövrünü yaşayır.

Axşam saatlarını ailəyə həsr edin.  

Tərəzi - təmkinli, amma çevik və taktiki davranın. Birəmanlı olmayan məsələləri uzun-uzadı müzakirə etməyin, yaxın ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin. Yeni sifarişin icrasına başlayaraq gəlirləri artıra bilərsiniz.